Onlayn ictimai-siyasi qəzet
COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladığı strateji tərəfdaşlıq haqqında Saziş mühüm əhəmiyyət daşıyır.
Türkdilli ölkələr arasında imzalanmış Saziş yaşıl enerjiyə keçiddə oynayacağı rol, onun gələcək nəsillər üçün mühüm təməllər yaratması baxımından olduqca önəmlidir.
Bu, dünyanın gözünün Bakıda olduğu bir vaxtda Azərbaycan Türk respublikaları ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində gördüyünü, Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir.
Bakıda imzalanan saziş sözsüz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflərin təşkilatın inkişaf strategiyasının gücləndirilməsinə də təkan verəcək.
COP29 çərçivəsində türkdilli ölkələrin həyata keçirdiyi proseslər hansı müsbət nəticələr verə bilər? Eyni zamanda onların gözlənilən nəticələri nə ola bilər?
Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, biz COP29-da türkdilli dövlətlərin böyük bir əməkdaşlığının şahidi olduq.
Türkdilli ölkələr tam heyətlə, ən yüksək səviyyədə COP29-da iştirak etdilər. Bu, çox əhəmiyyətli bir məqamdır. Eyni zamanda tədbirdə müzakirə olunan məsələlər zamanı da türkdilli dövlətlərin vahid mövqedən çıxış etdiklərinin şahidi olduq.
Hesab edirəm ki, bu da çox əhəmiyyətli idi. Sazişin imzalanması prosesinə öz müsbət təsirini göstərdi. Bu nüans xüsusi olaraq qeyd olunmalıdır.
Türkdilli ölkələrin COP29-da iştirakı, səmərəli əməkdaşlığı, vahid mövqedən çıxış etmələri bütövlükdə Türkdilli Dövlətlər Təşkilatının daha da güclənməsinə yeni töhfələr verəcəkdir.
COP29-da Azərbaycan bir çox ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzaladı. Bunlar sırasında Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan sazişi xüsusi qeyd etmək lazımdır. COP29 çərçivəsində türkdilli ölkələrin imzaladığı strateji tərəfdaşlıq sazişləri bir çox müsbət, pozitiv nəticələrə səbəb ola bilər. Hər şeydən əvvəl yaşıl enerji sahəsində əməkdaşlıq daha da güclənəcək. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan məlum saziş yaşıl enerjiyə keçid prosesini daha da gücləndirəcək.
Ümumiyyətlə, vacibdir ki, bu istiqamətlərdə təcrübələr biri-biriylə bölüşdürülsün. Eyni zamanda innovasiya bir-biriylə bölüşdürülsün. Bütün bunlar prosesləri daha da sürətləndirə bilər. Digər tərəfdən bu ölkələr arasında enerji sahəsində inteqrasiyanın dayanıqlığı təmin olunacaq. Bu çox vacib bir məqamdır və xüsusi olaraq qeyd olunmalıdır. Ölkələrarası enerji təhlükəsizliyi daha da artacaq. Bu günlərdə Qazaxıstan tərəfindən bir təklif oldu. Onlar neftin Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə artırılmasını istəyirlər. Hətta bəzi rəqəmlər də səslənib. 7 dəfə artırılmasını düşünürlər”.
Ə.Nuriyev iqtisadi artımların olacağından da söz açdı: “Burada əsas məsələlərdən biri də ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə idi. COP-un mahiyyəti iqlim dəyişikliyi ilə mübarizədir. Bəzi dövlətlər iqlim dəyişikliyinə maliyyə ayrılmasına tərəddüd edirdilər. Hətta buna qarşı da çıxırdılar. Üç türk ölkəsində arasında bu sazişin imzalanması bərpa olunan enerji mənbələrdən istifadəyə gətirib çıxaracaq. Türkdilli ölkələr arasında əməkdaşlığın vacibliyi bu tədbirlərdə bir daha özünü göstərdi. Bu saziş siyasi əlaqələrin türk dünyasında daha da möhkəmləndirilməsinə gətirib çıxaracaq. Türkdilli Dövlətlər Təşkilatının nüfuzu daha da artacaq. Beynəlxalq aləmdə türkdilli dövlətlərin nüfuzu daha da möhkəmləndiriləcək. Nə qədər iqtisadi əməkdaşlıq dərin olacaqsa, bu siyasi əlaqələri də dərinləşdirəcək. Vahid mövqedən çıxış edilməsi təbii ki, siyasi münasibətləri də dərinləşdirəcək.
Cavanşir ABBASLI
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ