İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk lirəsi ilə bağlı MÜHÜM XƏBƏR

Türk lirəsi dollar qarşısında ilk dəfə tarixi minimuma düşüb. Onlayn ticarət məlumatlarına görə, lirənin məzənnəsi ABŞ valyutasına nəzərən 30-dan aşağı düşüb.

Musavat.com xəbər verir ki, bu gün valyuta birjasında ticarət 1 dollar üçün 29,95 lirədən başlayıb və hazırda 30,004-ə yüksəlib.

Türkiyədə əhali və biznes üçün bu, bir növ psixoloji mərhələ hesab olunur.

Türkiyə ekspertlərinə görə, bu göstərici yekun deyil, çünki ticarətin bağlanmasına hələ təxminən altı saat qalıb. Ola bilər ki, ticarət gününün sonunda lirə yenidən bir dollar üçün 30 lirə səviyyəsindən aşağı düşsün, lakin yerli ekspertlər dəqiq proqnozlar vermir. Eyni zamanda, Mərkəzi Bank daha əvvəl məlumat vermişdi ki, milli valyutanın ucuzlaşması halında valyuta ticarətinə sərt təsir göstərmək və iri müdaxilələr etmək niyyətində deyil.

Hazırda avro 33,08 lirədən satılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR