İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk fotomüxbiri döyən İsrail polislərinə BU CƏZA VERİLDİ

Xəbər verdiyimiz kimi, Türkiyənin "Anadolu" Agentliyinin fotomüxbiri Mustafa Haruf İsrail polisləri tərəfindən vəhşicəsinə döyülüb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, fotomüxbiri döyən İsrail polisləri vəzifəsindən uzaqlaşdırılıb və onlara qarşı istintaq başladılıb.

İsrail polisindən bildirilib ki, zabitlərin bu davranışı təşkilatın qanunlarına ziddir.

Qeyd edək ki, hadisə Şərqi Qüdsdə baş verib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Harufun yanında olan operator Faiz Əbu Rumail də hücuma məruz qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR