İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türk dili bizim üçün təhlükəlidir” – Ayaz Salayevin dedikləri Sabir Rüstəmxanlını özündən çıxardı

Baku TV-də Elçin Əlibəylinin verilişində Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında anlaşmazlıq yaranıb.

Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib.

Daha sonra o, “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur” deyib.

Bu fikir Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o öz etirazını bildirib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”

Həmin görüntüələri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR