İnsanlara hürriyət, millətlərə istiqlal!

Tunar Zeynəbə əsəbiləşib toyda stəkan qırıb?

Müğənnilər Tunar Rəhmanoğlu və Zeynəb Həsəni arasında qalmaqal yaşanıb.

Musavat.com OLAY-a istinadla bildirir ki, bununla bağlı məlumat “İncə səhər” proqramında verilib. Aparıcı Vüsalə Əlizadə toyda baş verən hadisənin videosunu yayımlayıb. Görüntülərdə Zeynəb ifa etdiyi zaman Tunarın əsəbi şəkildə kənarda əyləşməsi, daha sonra xanım müğənninin ona yaxınlaşıb nə baş verdiyini soruşması əks olunub.

Zeynəb söyləyib ki, o da məsələnin nə olduğunu anlaya bilməyib. Tunardan soruşsa da, o, “Heç nə” – deyə, cavab verib. Vüsalə isə bildirib ki, videodan öncəsi də var. Hətta Zeynəbə görə əsəbiləşən Tunar stəkan qırıb.

Zeynəb isə vurğulayıb ki, o musiqiçilərlə birbaşa görüşməsə də, baş əyərək onlarla salamlaşıb. Təqdim olunmadan məclisə mahnı oxuyaraq daxil olub:

“O məclisdə stəkan qırıla bilməzdi. Elə bir adamın toyu idi ki... Bəlkə onunla ayrıca salamlaşmamağım incikliyə səbəb olub. Hər kişini görüb üzündən öpmək də olmaz. Salam verə bilərsən, əl ilə də görüşə bilərsən. Sayğı məqsədilə salam verib, baş əydim. Mən heç vaxt tərbiyəsizlik etmərəm, kimsə mənə qarşı etsə, səbəbini soruşaram. Sonra prodüserim dedi ki, musiqiçi deyib ki, mən ifa etməyəcəm. Tunara qayıdıb ki, sənə görə ifa edirəm, istəyirsən durum. Prodüserim də deyib ki, dur! O da axıra qədər əyləşib. Mən incik olduğum sənət dostumla heç vaxt oxumaram. Bu o demək deyil ki, onunla toyda rastlaşım deyim ki, mən oxumuram toyda. Sən toy sahibinə və işinə hörmətsizlik edirsən. Mən də bilmirdim, gördüm prodüserim mənə işarə edir. Soruşdum ki, nə olub. Tunarın simasından da anlamadım ki, nə olub? Mən yenə fikir vermədim. Sadəcə yaxınlaşdım ki, niyə mənə sifət edirsən? O da dedi ki, heç nə”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR