İnsanlara hürriyət, millətlərə istiqlal!

Trump həbsxana fotosu və həbsi sayəsində milyonlarla pul qazandı  


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya həbsxanasında çəkdirdiyi fotosunu rekord məbləğdə qazanca çevirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb.
Açıqlanan rəqəmlərə görə, keçmiş ABŞ prezidenti cümə axşamı gecəsi Atlantada həbs olunduqdan sonra 7,1 milyon dollar pul toplayıb. Nəticələrlə tanış olan mənbənin bildirdiyinə əsasən, Tramp təkcə cümə günü 4,18 milyon dollar qazanıb ki, bu da siyasətçilər arasında 24 saatlıq dövr üçün ən yüksək göstərici sayılır.

Yəni Tramp həbsxana fotosunu əsl kommersiya qazancına çevirməyi bacarıb. Sabiq dövlət başçısının nəzarətə götürüldükdən sonra qaşqabaqlı fotosunun əks olunduğu köynəklər, afişalar, bamper stikerləri və içki soyuducuları ildırım surətilə satılmağa başlayıb. Məhsulların üzərində “Heç vaxt təslim olma!” şüarı da yer alıb və onların qiyməti 12 dollardan 34 dollara qədər dəyişir. Kampaniya həmçinin onlayn donorları e-poçt və mətn mesajları göndərməyə təşviq edib. Cümə axşamı gecəsi Atlantadan Bedminsterə qayıdan Tramp uzun müddət yasaqlı qaldığı Tvitter (Hazırkı “X”) sosial şəbəkəsində ilk tvitini dərc edərək tərəfdarlarını öz vebsaytına yönləndirib. Veb saytın açılış səhifəsində həmin şəkil əks olunub. Burada tərəfdarlara xitabən "fırıldaqçı Co Baydeni Ağ Evdən qovmaq və millətimizin tarixinin bu qaranlıq fəslində ABŞ-ı xilas etmək üçün öz işinizi görün" şüarı yer alıb.

Trampın kampaniyasını həyata keçirənlər, son üç həftə ərzində təxminən 20 milyon dollar topladıqlarını iddia ediblər. Bu rəqəm Trampın 2024-cü il prezidentlik yarışının ilk yeddi ayında topladığının yarısından çoxdur.

Özəl, qeyri-siyasi təşkilatlar da bu görüntüdən pul qazanmağa çalışıblar. Məsələn, məşhur idman və pop mədəniyyət saytı “Barstool Sports” “qaşqabaqlı Tramp” köynəklərini 32 dollara satır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR