İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla Ford razılığa gəldi: Bu həftə tariflər müzakirə olunacaq

ABŞ prezidenti Donald Tramp Kanadanın polad və alüminium idxalına tariflərin 50 faizə qədər artırılması qərarından çəkilib.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin rəsmi nümayəndəsi Kuş Desai deyib.

Onun sözlərinə görə, qərar ticarət naziri Hovard Latniklə Ontario qubernatoru Dug Ford arasındakı danışıqlardan sonra qəbul edilib: “Prezident Tramp icra səlahiyyətlərindən istifadə edərək Kanadaya 50 faizlik tarif tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq etdikdən sonra Ontario qubernatoru Doug Ford ABŞ ticarət naziri Hovard Latnikə bildirib ki, o, ABŞ-a elektrik enerjisi ixracına 25 faizlik tarif tətbiq etməkdən geri çəkilir. Buna görə də Kanadadan alüminium və polad idxalına rüsumlar digər ölkələrdən idxalda olduğu kimi, 25 faizlə tətbiq olunacaq. Əvvəlki əmrlərinə uyğun olaraq, polad və alüminiuma 25 faizlik tariflər istisnalar və ya güzəştlər olmadan, Kanada və bütün digər ticarət tərəfdaşlarımız üçün gecə yarısı, martın 12-də qüvvəyə minəcək”.

Qeyd edək ki, Ford ABŞ-a ixrac olunan elektrik enerjisinə 25 faizlik tariflərin tətbiqini ABŞ və Kanada rəsmilərinin bu həftənin sonunda ölkələri arasında tarifləri müzakirə etməyi planlaşdırdıqlarını nəzərə alaraq, təxirə saldığını deyib.Tramp isə öz növbəsində Fordun qərarına hörmət etdiyini bildirib.

Kanada ABŞ-a dəmir, polad və alüminiumun əsas ixracatçısıdır. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatlar keçən il Kanadadan 11,4 milyard dollarlıq alüminium və 7,6 milyard dollarlıq dəmir və polad idxal edib. Kanadanın alüminium ixracı keçən il ABŞ-ın idxal etdiyi bütün alüminiumun 41 faizini, Kanada dəmir və poladı isə bu ümumi həcmin təxminən dörddə birini təşkil edib.

ABŞ-ın ən böyük alüminium istehsalçılarından biri olan Alcoa-nın baş direktoru bu yaxınlarda xəbərdarlıq edib ki, təkcə Kanada alüminiumuna 25 faiz tarif təhlükəsi ABŞ-da 100.000 iş yerinə başa gələ bilər. Onun sözlərinə görə, ümumilikdə, alüminium sənayesində ABŞ-da birbaşa olaraq 164.000 işçi çalışır. Alüminium Assosiasiyasına görə, mədənçıxarma, tikinti və istehsal kimi sənayelərdə dolayı yolla əlavə 272.000 işçi çalışır.

Alcoa-nın baş ofisi Pittsburqda olmasına baxmayaraq, şirkətin alüminium istehsalının əhəmiyyətli bir hissəsi Kanadadadır və daha sonra ABŞ-a göndərilir.

Həmçinin Kanada ABŞ-ın əsas enerji təchizatçısıdır. 2024-cü ildə ABŞ-ın neft idxalının təxminən 60 faizini (gündə təxminən 3,8 milyon barel), təbii qaz idxalının 80 faizini (təxminən 65 milyard kubmetr) və elektrik enerjisinin əhəmiyyətli hissəsini - 40 teravatt-saat təmin edib ki, bu da ABŞ-ın ümumi istehlakının təxminən 1faizini təşkil edib.

ABŞ-ın neft email zavodlarının demək olar ki, mütləq əksəriyyəti Kanadada hasil olunan ağır neftin email üzrə ixtisaslaşıb. ABŞ-da hasil edilən yüngül şist neftinə keçmək bu zavodlar üçün azı 1 ilə qədər müddət və külli miqdarda investisiya qoyuluşu tələb edir. Bundan əlavə, ABŞ-ın şimal ştatları Kanada qazından asılı vəziyyətdədir. Qaz hasilatının olduğu cənub ştatlarından onlara qaz təchizatının qurulması üçün illərlə vaxt və yenə də nəhəng investisiya qoyuluşu tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR