Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın Vladimir Putini Moskvanın mərkəzində zərbə endirməklə hədələməsi ilə bağlı “The Wall Street Journal”ının yazdığına münasibət bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Peskov hazırda Amerika keçirilən seçki kampaniyasında çoxlu “qızğın və emosional bəyanatlar”ın səsləndiyini qeyd edib.
"Rusiya məsuliyyətli mövqe tutmaqda davam edir və ən yüksək səviyyədə gedən ictimai danışıqları şərh etmir", - Kremlin mətbuat xidmətinin rəhbəri əlavə edib.
Xatırladaq ki, WSJ nəşri Trampın Putinə “lənətə gəlmiş Moskvanın düz mərkəzinə” zərbə endirə biləcəyini söylədiyini bildirib. Bununla belə, nəşr amerikalı siyasətçinin bu cür sözləri harada və nə vaxt dediyini dəqiqləşdirməyib.
Hesab olunur ki, ya Tramp ümumiyyətlə belə söz deməyib, ya da seçkikiqabağı təşviqat kampaniyasında özünü anti-Rusiya mövqeyində olan biri kimi göstərərək rəqibi Kamala Harrisdən 1-2 fazi səs qoöarmağı düşünür.
Siyasi rəqibləri Trampı ictimaiyyətə Moskvapərəst biri kimi tanıdır, hakimiyyətə gələrsə, ölkənin ümdə maraqlarını Rusiyaya güzəştə gedəcəyini iddia edirlər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ