Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın Kanada və Latın Amerikası ölkələrinə qarşı təzyiq və təhdid siyasəti regionda Amerikanın təsir gücünün azalmasına səbəb ola bilər.
“Report” xəbər verir ki, bu fikir “Foreign Affairs” jurnalında dərc olunan məqalədə yer alıb.
Braziliyanın “Jetuliu Varqas Fondu” Universitetinin Beynəlxalq Münasibətlərin Öyrənilməsi Mərkəzinin rəhbəri Matias Spektorun sözlərinə görə, Trampın taktikası tərəfdaşların qısamüddətli güzəştlərə getməsinə səbəb ola bilər, lakin Vaşinqtonun uzunmüddətli liderliyini təmin etməyəcək.
“Tramp çox şey tələb edir, amma əvəzində az şey təklif edir. Onun təhdidləri və hədələri davamlı liderlik üçün əsas təşkil edə bilməz”, - ekspert qeyd edib.
Məqalədə bir sıra Latın Amerikası ölkələrinin artıq Çinlə iqtisadi əlaqələri inkişaf etdirməyə başladığı, ABŞ ilə ənənəvi münasibətləri zəiflətdiyi vurğulanır. O cümlədən Kanada Avropa İttifaqı və Asiya ilə ticarət əməkdaşlığını genişləndirir, Argentina və Braziliya isə Pekinlə əlaqələri gücləndirir.
Daha əvvəl Vaşinqton Kanada və Meksikadan idxala 25 faiz rüsum tətbiq edib, həmçinin Çin mallarına rüsumları 10 faizdən 20 faizə qaldırıb. Üstəlik, Tramp yeni tariflərin müvəqqəti olaraq aprelin 2-nə qədər təxirə salınması ilə bağlı sərəncamlar imzalayıb və bundan sonra heç bir yumşalma olmayacağını vurğulayıb.
Tramp həmçinin Kanada, Qrenlandiya və Panama kanalı sayəsində ölkə sərhədlərini genişləndirmək niyyətində olduğunu açıqlayıb. O, iddia edir ki, Kanadanın ABŞ-nin tərkibinə daxil olması onun vətəndaşlarının maraqlarına uyğundur, Panama kanalı isə Çin təsirindən azad edilməlidir.
03 Aprel 2025
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ