İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın SENSASİON PLANI: Haiti, Baham adalar, Tayvan və KXDR...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yalnız Qrenlandiyanı deyil, bir sıra digər ölkələri də almağı nəzərdən keçirir.

Musavat.com "REN TV"yə istinadən xəbər verir ki, respublikaçı lider Haitini, Baham adalarını, Tayvanı və hətta Şimali Koreyanı (KXDR) əldə etməyi planlaşdırır.

 Bu barədə Pentaqonun keçmiş əməkdaşı Duqlas Makkinon açıqlama verib.

"Trampın uğurlu biznes sövdələşmələrinə baxışı artıq binalardan və otellərdən ölkələrə yönəlib", – deyə Duqlasın sözlərini “The Hill” nəşri sitat gətirib.

Keçmiş Pentaqon əməkdaşı vurğulayıb ki, bu siyahıya Trampın ən "problemli" hesab etdiyi ölkələr daxil edilib.

O qeyd edib ki, Ağ Evin rəhbəri yeni ərazilərin alınması ideyasından böyük məmnunluq duyur.

Xatırladaq ki, 13 dekabrda Tramp Kanadanın ABŞ-a birləşdirilməsi ilə bağlı bəyanat verib. Bu, Kanadanın baş naziri Castin Trüdonun ABŞ-da keçirilən prezident seçkilərində məğlub olan Kamala Harrisi açıq şəkildə dəstəkləməsinə cavab olaraq irəli sürülüb. Ottava isə Trampın bu açıqlamasının zarafat olaraq qalacağına ümid etdiyini bildirib.

Bununla yanaşı, dekabr ayında respublikaçı lider ABŞ-ın Qrenlandiyaya da nəzarət etməli olduğunu bəyan edib. Bu bəyanata cavab olaraq Qrenlandiyanın baş naziri Mute Egedə bildirib ki, bu ərazi nə satılır, nə də satılacaq. Daha sonra Danimarka müdafiəni gücləndirmək üçün əlavə vəsait ayırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

11 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR