Onlayn ictimai-siyasi qəzet
Donald Trampın keçmiş baş müşaviri Stiv Bennon bildirib ki, Tramp prezident seçkilərində qalib gələrsə, yüksək vəzifəli məmurlara qarşı təhqiqata başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ mediası yazıb.
Bildirilir ki, Trampın özü ABŞ-ın hazırkı prezidenti ilə debat zamanı seçkidən sonra Co Baydeni mühakimə etmək hüququna malik olacağını bildirib. Eyni zamanda, o, rəqiblərinə qarşı qisas kampaniyası təşkil etmək fikrində olmadığını, əks halda bunun ölkəyə zərər verəcəyini vurğulayıb.
Bennon isə ehtimal edir ki, araşdırmalar FTB-nin direktoru Endryu Makkeybə, keçmiş FTB direktoru Ceyms Komiyə, keçmiş müdafiə naziri Mark Esperə, keçmiş baş prokuror Uilyam Barra və Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milliyə qarşı aparıla bilər.
“Politico” yazıb ki, Trampın keçmiş müşaviri bunun qətiyyən qisas aktı olmayacağınə deyib.
Bennon onu da qeyd edib ki, bu insanların qeyri-qanuni heç bir iş görmədikləri halda qorxmalarına heç bir səbəb yoxdur.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ