Onlayn ictimai-siyasi qəzet
Kamala Harris rəqibi Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə “Putinin Kiyevdə oturacağı”nı deyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bardə o, Miçiqan ştatyında seçkiqabağı mitinqdə danışıb.
Kamala Harris buradaTrampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirmək barədə dəfələrlə verdiyi vədləri xatırladıb.
“Bunu oxuyun və onun nə dediyini anlayın. Bu adam başqa bir ölkənin suverenliyini pozan işğalçıya qarşı mübarizədə Ukraynanı təslim edəcək. Donald Tramp prezident olsa, Vladimir Putin Kiyevdə oturacaq. Bunun ABŞ və dünyadakı mövqeyimiz üçün nə demək olduğunu anlayın”, - deyə Harris bildirib.
Musavat.com
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ