İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın oğlu fələstinlilərin əlindəki Amerika avtomatlarına diqqət çəkib

Kiçik Donald Tramp sosial şəbəkələrdə bildirib ki, fələstinlilərin əlində Amerika Birləşmiş Ştatlarında istehsal olunan M4 avtomat tüfəngləri olub.

Musavat.com xarici mediaya istinadla bildirir ki, oğul Tramp "Sky News" telekanalı tərəfindən yayımlanan videolara da oxşar şəkildə şərh verib. Bu videolarda İordan çayının qərb sahilindəki fələstinlilıərin HƏMAS döyüşçülərinin İsrailə hücum etməsinə sevindiklərini və Amerika silahlarında havaya atəş açdıqları görünür.

"Fələstinlilərin əllərində tutduqları pulemyotlar adi AK-47-dən daha çox Amerika M4-lərinə bənzəyir", - Amerikanın keçmiş prezidentinin oğlu qeyd edib.

Qeyd edək ki, ata-oğul Tramplar hər gün hazırkı prezident Co Baydeni nədəsə tənqid etməklə məşhurdurlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR