Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri vəzifəsinə namizədi Cash Patel 2024-cü ildə ABŞ vətəndaşlığı olan Rusiya vətəndaşına məxsus kino şirkətindən 25 min dollar alıb.
Musavat.com xəbər verir ki, məlumatı Washington Post yayıb.
Nəşrin məlumatına görə, söhbət Rusiyadan vəsait alan kinorejissor İqor Lopatenokun rəhbərlik etdiyi və Los-Ancelesdə yerləşən Global Tree Pictures şirkətindən gedir.
Keçmiş FTB rəhbəri onu və ilk Tramp administrasiyasının digər üzvlərini “demokratik yolla seçilmiş dövlət başçısını vəzifəsindən uzaqlaşdırmaq cəhdində Trampı dəstəkləyənlərin həyatını məhv edən” sui-qəsdin qurbanları kimi təsvir edən sənədli filmdə çəkilmək üçün pul alıb.
Musavat.com
09 Fevral 2025
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ