Onlayn ictimai-siyasi qəzet
Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Kanalın xəbərinə görə, o, Səudiyyə Ərəbistanı və Qətər nümayəndələri ilə də danışıqlar aparıb.
“Fox News”un aparıcısı Şon Hanniti isə ABŞ prezidentinin xüsusi nümayəndəsinin Moskvada Putinlə danışdığını bildirib. Stiv Uitkoffun Rusiya prezidenti ilə təxminən 3,5 saat danışdığı bildirilir.
Amerikalı kanal aparıcısı bu görüşdə nəyin müzakirə olunduğunu açıqlamayıb. Ağ Ev mümkün danışıqlar barədə məlumatı şərh etmir.
“The New York Times”ın xəbərinə görə, Uitkoff Moskvaya səfərindən əvvəl Putinin ən yaxın adamları ilə danışıb. Səfir həmçinin Qətər və Səudiyyə Ərəbistanı nümayəndələri ilə bir sıra görüşlər keçirib. Onlar Ukraynadakı müharibəni müzakirə ediblər.
Fevralın 11-də Stiv Uitkoff Moskvaya xüsusi səfər edib. Donald Trampın nümayəndəsi amerikalı müəllim Mark Fogeli azad etməyə nail olub.
Həmin amerikalı narkotik ittihamı ilə həbs edilib. Bu adam 3 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Bütün bu müddət ərzində o, üzərində tapılan maddələrin tibbi marixuana olduğunu iddia edib.
Sonda ABŞ və Rusiya amerikalının vətənə qayıtması ilə bağlı razılığa gələ bilib. Ağ Ev mübadilənin təfərrüatlarını açıqlamayıb. Bununla belə, Tramp sazişi “çox ədalətli, çox ağıllı” adlandırıb. Prezident həmçinin bildirib ki, Fogelin azadlığa buraxılması Ukraynada müharibənin dayandırılması istiqamətində mühüm addım ola bilər.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ