Onlayn ictimai-siyasi qəzet
Amerikalı aktyor, prezident Donald Trampın qatı tənqidçisi Robert De Niro 78-ci Kann Film Festivalında fəxri Qızıl Palma budağına layiq görüləcək.
Musavat.com xəbər verir ki, bu barədə festivalın təşkilatçıları elan ediblər.
Müvafiq açıqlamada qeyd olunur ki, "mayın 13-də amerikalı aktyor, rejissor və prodüser Robert De Niro 2011-ci ildə festivalın münsiflər heyətinə sədrlik etməsindən 14 il sonra 78-ci Kann Film Festivalının açılış mərasimində yüksək nailiyyətlərə görə fəxri "Qızıl Palma Budağı" alacaq".
Festivalın mətbuat xidməti qeyd edib ki, “zərif təbəssüm və ya sərt baxışda özünü göstərən daxili üslubu sayəsində Robert De Niro kinonun əfsanəsinə çevrilib”.
De Niro daha çox kriminal filmlər, trillerlər və rejissor Martin Scorsese ilə əməkdaşlıqları ilə tanınır. Qızıl Qlobus (1981, 2011) və Oskar (1975, 1981) mükafatlarının sahibidir. Onun çəkildiyi filmlərə “Xaç atası II hissə”, “Taksi sürücüsü”, “İyirminci əsr”, Nyu-York, Nyu-York, “Maral ovçusu”, “Bir zamanlar Amerikada”, “İrlandiyalı”, “Çiçək Ayın qatilləri” və sair daxildir.
Musavat.com
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ