İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trampın döyüş iti” – ABŞ-ın vitse-prezidenti Di Vens haqqında ŞOK İDDİALAR

The Wall Street Journal (WSJ) ABŞ-ın vitse-prezidenti Di Vens haqqında maraqlı bir məqalə dərc edib.

Musavat.com xəbər verir ki, nəşr Vensi Donald Trampın administrasiyasındakı ən sərt müdafiəçilərdən biri kimi təqdim edir və onu “Trampın döyüş iti” adlandırır.

Vens – Tramp administrasiyasının “kilit adamı”

Vitse-prezidentin fəaliyyəti xarici siyasətdən tutmuş TikTok-un ABŞ-da bloklanmasının qarşısını almaq üçün aparılan danışıqlara və Kapitolidə qanunvericilik məsələlərinə qədər geniş spektri əhatə edir. Ona yaxın mənbələr bildirir ki, Vens özünü “fixer” (problemləri həll edən şəxs) rolunda görür. Hətta bəzi siyasi müttəfiqləri onu “Trampın İsveçrə ordusu bıçağı” adlandıraraq prezident üçün bir çox çətinlikləri aradan qaldıra biləcək biri kimi xarakterizə edirlər.

40 yaşlı dəniz piyadası veteranı və Ohayodan senator seçilmiş Vens, Trampın açıq-aşkar varisi hesab olunur. Lakin onun gələcək siyasi taleyi Trampın ona olan münasibətindən asılıdır. WSJ yazır ki, Tramp zaman-zaman öz yaxın müşavirlərinə qəzəblənə bilər və bir vaxtlar ən yaxın müttəfiqi olan Mayk Pensdən uzaqlaşdığı kimi, gələcəkdə Vens üçün də eyni addımı ata bilər.

Zelenski ilə görüş Trampı heyran edib

Məqalədə qeyd olunur ki, Vens-in Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə sərt çıxışı Trampı olduqca təsirləndirib. Ağ Ev rəsmilərinin sözlərinə görə, Tramp bir neçə dəfə öz köməkçilərinə bildirib ki, keçmiş vitse-prezidenti Mayk Pens belə bir mövqe sərgiləməzdi.

Tramp: “Vens çox bacarıqlıdır, amma varisim deyil”


Buna baxmayaraq, Tramp fevral ayında Fox News-a verdiyi müsahibədə Vens-i öz siyasi varisi kimi görmədiyini bildirib. “Xeyr, amma o, çox bacarıqlıdır”, – deyə Tramp əlavə edib və qeyd edib ki, prezidentlik üçün potensial namizəd ola biləcək başqa çox bacarıqlı insanlar da var.

Di Vens-in Tramp administrasiyasındakı güclü mövqeyi onun gələcək siyasi karyerası üçün böyük imkanlar yaratsa da, o, Trampın dəstəyini daim qoruyub saxlaya biləcəkmi? – bu, ABŞ siyasətində maraqla izlənilən mövzulardan biri olacaq.

Mənbə: https://www.wsj.com/politics/policy/jd-vance-trump-zelensky-fight-d90515aa

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR