Onlayn ictimai-siyasi qəzet
“ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə ultimatum dili ilə danışaraq Çini hədələyib”.
Musavat.com UNIAN-a istinadla xəbər verir ki, bu fikri hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib.
“Donald Trampın hədəfləri onun açıqlamalarından aydın görünür. Üstəlik, onun ilk hədəfi olan Çinə təzyiq Rusiyaya təzyiq yolu ilə Ukraynada müharibəni bitirmək məqsədilə paralel həyata keçiriləcək”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı açıqlamaları Çini ABŞ-ın maraq dairəsindən sıxışdırır:
“Lakin Çinə elə bir razılaşma təklif oluna bilər ki, bu, Rusiyanı ciddi şəkildə narahat edəcək və Pekin həmin razılaşmanı qəbul etməli olacaq”.
Neft qiymətlərinə gəlincə, Kovalenkonun vurğuladığı kimi, bu, ABŞ-ın enerji ekspansiyasıdır.
“Tramp heç bir halda öz məqsədindən əl çəkməyəcək, ona görə də əvvəlcə neft bazarının çöküşü, sonra isə Rusiya ilə danışıqlar prioritet təşkil edəcək. Kreml ilə əlaqə qurulsa belə, bu çöküş davam edəcək” - deyə şərhçi vurğulayıb.
Musavat.com
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ