İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın biznesi əlindən alınır - FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp daşınmaz əmlakının bir hissəsini, o cümlədən Nyu-Yorkdakı məşhur "Trump Tower" binasını itirə bilər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 250 milyon dollarlıq dələduzluqla bağlı cinayət təhqiqatıdır.

Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsin sözlərinə görə, Tramp və onun daşınmaz əmlak şirkəti aktivlərin dəyərini qəsdən şişirdib. Bu, bankları, sığortaçıları və digər maraqlı tərəfləri aldatmağa imkan verib.

Bununla belə, hüquqşünaslar və ekspertlər bu məsələdə fərqli fikirdədirlər, onların əhəmiyyətli bir hissəsi ittiham tərəfinin "Tramp" brendinin dəyərini nəzərə almadığını iddia edir.

Qeyd olunub ki, Trampa və ya onun firmalarına məxsus olan təxminən on mülk məhkəməyə görə təhlükə altındadır. Bura məşhur 58 mərtəbəli "Trump Tower" göydələni də daxildir.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda dörd cinayət işi üzrə 91 ittihamla üz-üzədir. Ümumilikdə onu 700 ildən çox həbs cəzası gözləyir. Biznesmenin sözlərinə görə, cinayət təqibi demokratlar tərəfindən onun Ağ Evə qayıtmasına mane olmaq cəhdidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR