İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ağ Evə qayıdışı onun “qara kitabını” üzə çıxaracaq

Donald Trampın Ağ Evə qayıdışı ictimaiyyətə Cefri Epşteynin çoxdan gözlənilən “qara kitabı” ilə tanış olmaq imkanı verə bilər. Çünki mərhum maliyyəçi və insan alverində ittiham olunan Epşteyn haqqında suallar Nyu-Yorkdakı federal həbsxanada şübhəli şəkildə ölü tapılmasından illər sonra da ortaya çıxmağa davam edir.

Musavat.com xəbər verir ki, bu barədə “Fox News” kanalı maraqlı məlumat yayıb.

Tennessi ştatından olan respublikaçı senator Marşa Blekbern hökuməti uzun müddətdir Epşteyn və onun mümkün şəriklərinə qarşı daha çox sübutu açıqlamağa çağırır. O, bu məsələni cümə axşamı Senatda keçirilən dinləmələr zamanı Trampın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru vəzifəsinə namizədi Keş Patel qarşısında qaldırıb.

“Mən illərdir bu məsələ üzərində işləyirəm. Epşteynin təyyarəsində kimlərin uçduğunu və ona beynəlxalq insan alveri və cinsi istismar şəbəkəsini qurmağa kimin kömək etdiyini öyrənməyə çalışıram”, - deyə Blekbern bildirib.

Onun sözlərinə görə, senator Dik Durbinin bu informasiyanı araşdırması üçün keçmiş cəhdləri nəticəsiz qalıb və FBI-ın keçmiş direktoru Kristofer Rey həmin məlumatları təqdim etməkdən imtina edib.

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ilin avqustunda Nyu-Yorkdakı federal həbsxanada məhkəməsini gözləyərkən intihar edib. O, onlarla qıza (bəzilərinin cəmi 14 yaşı olub) qarşı cinsi zorakılıqda ittiham olunurdu. Epşteynin “qara siyahısı”nda bir çox məşhurların, o cümlədən Demokrat Partiyasından olan siyasətçilərin adı keçdiyi söylənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR