Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sərt açıqlama ilə çıxış edib. Musavat.com xəbər verir ki, Tramp nadir torpaq metallarına dair ABŞ-Ukrayna razılaşmasının pozulacağı təqdirdə, Kiyevi “böyük problemlərin” gözlədiyini bildirib.
“Zelenski nadir metallarla bağlı razılaşmadan imtina etməyə çalışır. Əgər o, bu razılaşmanı pozarsa, qarşısında böyük — çox böyük problemlər olacaq,” – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.
Tramp eyni zamanda Ukraynanın NATO üzvlüyü ilə bağlı da qəti mövqe sərgiləyib:
“O, NATO üzvü olmaq istəyir, amma bu heç vaxt baş verməyəcək. O, bunu artıq anlayır. Əgər razılaşmanın yenidən nəzərdən keçirilməsini istəyirsə, onu böyük problemlər gözləyir.”
Xatırladaq ki, ABŞ və Ukrayna arasında nadir torpaq metallarının hasilatı və gəlir bölgüsü ilə bağlı gizli razılaşmanın olduğu, Vaşinqtonun bu sahədə Kiyevdən ciddi güzəştlər tələb etdiyi daha əvvəl də mediada yayılmışdı. Tramp administrasiyası Ukraynaya verilmiş hərbi yardımı kompensasiya etmək üçün bu razılaşmadan istifadə etməyi planlaşdırır.
@@TVmusavat/111916@@
Musavat.com
02 Aprel 2025
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ