İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Ukrayna ilə bağlı GİZLİ TAPŞIRIQ

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffa Moskva ilə Ukrayna arasında danışıqlar prosesinə kömək etmək üçün gizli tapşırıq verib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

“Məqalədə qeyd olunur ki, bir neçə həftə əvvəl Tramp Uitkoffa Yaxın Şərqdən kənara çıxaraq ruslarla danışıqlar kanalı açmaq səlahiyyətini gizli şəkildə verib”.

Mənbələrin məlumatına görə, ABŞ prezidenti uzun illərdir dostluq etdiyi Uitkoffa şəxsən güvənir.

Tramp yaxın çevrəsinə bildirib ki, Stiv Uitkoffun danışıqlar aparmaq üçün tələb olunan bacarıqları var və o, Ukraynadakı münaqişəyə son qoymağa kömək edə bilər.

NYT yazır ki, Tramp administrasiyasının bu məsələ ilə bağlı dəqiq səlahiyyətləri hələ də qeyri-müəyyəndir.

Bundan əvvəl Trampın Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsini müzakirə etmək üçün telefon danışığı apardığı bildirilirdi. Kreml isə bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

Yanvarın 28-də Putin bəyan edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin 2024-cü ilin mayında başa çatan səlahiyyətlərindən sonra Moskva ilə Kiyev arasında aparılacaq danışıqlarda sənədləri imzalamaq hüququ yoxdur. Onun sözlərinə görə, indiki vəziyyətdə danışıqlar aparmaq qeyri-legitim olacaq.

Putin əlavə edib ki, əgər Qərb Ukraynaya dəstək verən tərəf kimi münaqişənin həllinə nail olmaq istəyirsə, hüquqi məsələləri yoluna qoymaq və “danışıqlara qadağa qoyan fərmanı ləğv etmək” üçün lazımi addımları ata bilər.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR