Onlayn ictimai-siyasi qəzet
Trampdan sensasiyalı çağırış: “Putin Zelenski ilə görüşməlidir!”
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa görüşməsinin vacibliyini vurğulayıb.
Musavat.com xəbər verir ki, o, iki ölkə arasında münaqişənin həll edilməsi üçün dialoqun zəruri olduğunu bildirib.
Tramp həmçinin, Ukrayna böhranının aradan qaldırılmasının insanlıq baxımından da önəm daşıdığını qeyd edib. Onun bu açıqlaması beynəlxalq arenada geniş rezonans doğurub.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ