İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Baydenlə bağlı İLGİNC İDDİA

Donald Tramp Co Baydenin prezidentlik müddətinin son günü verdiyi əfvlərin qanuni olmadığını iddia edib.

Musavat.com xəbər verir ki, bu barədə o, özünə məxsus "Truth Social" şəbəkəsində yazıb.

"Son əfvlər "yuxulu Co Bayden" tərəfindən verilib və qanuni olmadığı elan edilir, heç bir hüquqi gücü və təsiri yoxdur, çünki onları avtomatik bir cihaz imzalayıb. Başqa sözlə, Co Bayden onları imzalamayıb, daha da önəmlisi, onlar haqqında heç bir şey bilmirdi! Əfv sənədləri Bayden tərəfindən açıqlanmayıb və ya təsdiqlənməyib", - deyə Tramp qeyd edib.

Belə bir iddia ilə ABŞ Ədliyyə Nazirliyi Donald Trampın əsas siyasi rəqiblərindən bəzilərini məsuliyyətə cəlb etməyə çalışa bilər. Bununla belə, Baydenin imza aparatından istifadə etdiyinə dair heç bir sübut yoxdur. Üstəlik, ABŞ Konstitusiyasında əfv imzalanma metodu qeyd edilməyib. Ən əsası, əfv mütləq yazılı formada olmalı deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR