Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın xüsusi prokuroru Cek Smitin ofisi seçilmiş prezident Donald Trampa qarşı cinayət işlərinə artıq 50 milyon dollardan çox pul xərcləyib.
Musavat.com xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Onun hesablamalarına görə, Trampın 2025-ci il yanvarın 20-də inauqurasiyasına qədər xərclər 60 milyon dollara yaxınlaşacaq.
Smit məxfi sənədlərin düzgün saxlanmaması, həmçinin Trampın 2021-ci ilin yanvarında ABŞ prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyəti saxlamaq cəhdində ittiham irəli sürüb. Birinci iş üzrə bütün ittihamlar Florida məhkəməsi tərəfindən rədd edilib, ikinci iş üzrə icraat isə respublikaçıların prezident seçkilərində bu yaxınlarda qazandığı qələbədən sonra prokurorların tələbi ilə dayandırılıb.
Bundan əvvəl NBC News xəbər vermişdi ki, ABŞ Ədliyyə Nazirliyi artıq Trampa qarşı iki federal cinayət işinin təhqiqatının o, vəzifəyə başlamazdan əvvəl başa çatdırılması imkanlarını araşdırır, çünki mövcud qaydalar vəzifədə olan prezidentin mühakimə olunmasını qadağan edir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ