Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın inauqurasiyası bir çox milyarderə sözün əsl mənasında baha başa gəlib.
Musavat.com xəbər verir ki, andiçməyə gələn bəzi qonaqların arxasında dayanan şirkətlərin bazar dəyəri 17 yanvar – inauqurasiyadan əvvəlki son ticarət günündən bəri 1,39 trilyon dollar azalıb.
Bu rəqəm hətta dünyanın bir çox varlı ölkəsinin büdcələrini belə üstələyir.
İlon Mask 148 milyard dollar itirib. Dekabr ayında onun sərvəti 486 milyard dollar qiymətləndirilirdi ki, bu da "Bloomberg"in sərvət indeksində qeydə alınmış ən yüksək məbləğ sayılırdı. Maskın əsas gəlir mənbəyi "Tesla" şirkətidir. Seçkilərdən sonra "Tesla"nın səhmləri demək olar ki, iki dəfə artıb, lakin bütün bu qazanclar məhz andiçmə günündən sonra yoxa çıxıb.
Avropada istehlakçılar Maskın ultra-sağçı siyasətçiləri dəstəkləməsindən narazı qalıblar və "Tesla"nın Almaniyadakı satışları bu ilin ilk iki ayında 70%-dən çox azalıb. Çin bazarında isə tədarüklər ötən ay 49% geriləyib və 2022-ci ildən bəri görünməmiş səviyyəyə düşüb.
Ceff Bezos 29 milyard dollar itirib. "Amazon"un rəhbəri Trampı seçkilərdən bir gün sonra təbrik edib və onun şirkəti inauqurasiya fonduna 1 milyon dollar bağışlayıb. Bezos keçən ay Tramp ilə nahar etdikdən sonra özünə məxsus "Washington Post" qəzetinin fikir bölməsində şəxsi azadlıqlar və azad bazarlara üstünlük veriləcəyini elan edib. "Amazon"un səhmləri 17 yanvardan bəri 14% ucuzlaşıb.
Sergey Brin 22 milyard dollar itirib. "Google"un həmtəsisçisi Donald Trampı onun ilk prezidentlik dövründən bəri dəstəkləyir. Tramp noyabrda yenidən seçildikdən sonra Brin dekabr ayında onunla Mar-a-Laqoda nahar edib. Fevralın əvvəlində isə onun şirkəti "Alphabet Inc"in səhmləri dörddəbir gəlir proqnozlarını doğrultmadıqdan sonra 7%-dən çox ucuzlaşıb.
Mark Zukerberq 5 milyard dollar itirib.
Qeyd edək ki, bu ilin əvvəlindən "Meta"nın səhmləri daim yüksəlirdi. Lakin sonradan səhmlər əvvəlki qazanclarından tamamilə məhrum olub.
Bernar Arno 5 milyard dollar itirib. 76 yaşlı Arno "Louis Vuitton", "Bulgari" kimi brendləri idarə edən lüks mallar imperiyasının sahibidir və Trampın uzun illər dostu olub.
Bernar Arno iyul ayında Pensilvaniyada Trampa qarşı sui-qəsd cəhdindən bir gün sonra onunla danışıb. 2024-cü ilin böyük hissəsində LVMH-nin səhmləri düşsə də, seçkilərdən sonra yanvar ayının sonuna qədər 20%-dən çox yüksəlib. Lakin bu artımın böyük hissəsi sonradan itkilər sayəsində əriyib.
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ