Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın sabiq prezidenti və cari seçkilərin əsas namizədi Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün təşkil olunması sürətləndiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbənin məlumatına görə, Moskvada da bu görüşlə bağlı nikbinlik artıb. Buna səbəb kimi Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında fikir ayrılıqlarının olması göstərilir.
Rusiya hakimiyyətində hesab edirlər ki, Tramp və Zelenski arasındakı bu ziddiyyətlər səbəbindən Ukraynadakı müharibənin dayandırılması ilə bağlı çətin danışıqlar ikinci plana keçə bilər. Bunun əvəzinə, ABŞ və Rusiya arasında qapalı müzakirələr çərçivəsində artıq müzakirə olunan bir sıra iqtisadi razılaşmalar daha ön plana çıxacaq.
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ