Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin Səudiyyə Ərəbistanında görüşə biləcəyi ehtimal edilir.
Musavat.com-un xəbərinə görə, bu barədə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff açıqlama verib.
Görüşün əsas gündəmində Ukrayna müharibəsinin həlli, enerji bazarındakı vəziyyət və qlobal təhlükəsizlik məsələlərinin olacağı gözlənilir. Xüsusilə, son dövrlərdə Rusiya və ABŞ arasında baş tutan telefon danışıqlarının bu zirvə görüşünə zəmin hazırladığı ehtimal edilir.
Səudiyyə Ərəbistanı ABŞ və Rusiya arasında balanslı münasibətləri olan, beynəlxalq diplomatiyada vasitəçilik edən ölkələrdən biridir. Ər-Riyadın qlobal siyasətdə artan rolu belə bir mühüm görüş üçün əlverişli məkan kimi dəyərləndirilir.
Hələlik nə Ağ Ev, nə də Kreml bu iddia ilə bağlı rəsmi açıqlama verib. Lakin Tramp və Putinin birbaşa danışıqlar aparması ehtimalı beynəlxalq arenada mühüm hadisə hesab edilir. Əgər bu görüş baş tutarsa, qlobal geosiyasi vəziyyətə təsir edəcək yeni diplomatik proseslərin başlanğıcı ola bilər.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ