İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukraynanın bərpasını Avropanın maliyyələşdirməsini istəyir

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından Ukraynanın bərpası üçün maliyyə vəsaiti ayırmağı və bölgəyə sülhməramlı qüvvələr yerləşdirməyi tələb edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp administrasiyası Ukrayna münaqişəsinin həllində Avropanın əsas rol oynamasını istəyir, lakin Vaşinqton Avropa ölkələrini qlobal geosiyasi məsələlərin həllində aparıcı tərəfdaş kimi görmür. Bu mövqe isə Qərb ölkələri arasında birliyin sınağa çəkiləcəyini göstərir.

“Tramp bizə sadəcə pul mənbəyi kimi baxır. Açığını desək, biz də bu prosesdə iştirakımızın hansı şərtlərlə baş tutacağını dəqiq bilmirik”, – deyə Avropa İttifaqının yüksək vəzifəli rəsmilərindən biri bildirib.

Xatırladaq ki, Tramp prezidentliyi dövründə Avropa ölkələrinin müdafiəyə daha çox maliyyə ayırmasını dəfələrlə tələb edib. Onun yenidən Ağ Evə qayıdacağı təqdirdə bu siyasəti davam etdirəcəyi ehtimal olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR