İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp "The Atlantic" jurnalına görə öz komandasına şübhə ilə yanaşır

ABŞ prezidenti Donald Tramp müşaviri Maykl Uoltçun "The Atlantic" jurnalının baş redaktoru ilə əlaqə saxladığını öyrəndikdə qəzəblənib və onu şübhəli hesab edib.

Musavat.com xəbər verir ki, Politico-nun mənbələrinə görə, Tramp bu hadisəyə çox əsəbiləşib.

"Prezident Uoltçun bu qədər axmaq ola biləcəyinə inanmaq istəmirdi", – deyə mənbə bildirib.

Uoltç isə jurnalistlə əlaqəsinin olduğunu inkar edir. Bununla belə, bu insident Tramp administrasiyasında daxili gərginliyi artırıb. Məlumata görə, Ağ Evdə məmurların jurnalistlərlə icazəsiz təmaslarına xüsusi şübhə ilə yanaşılır və hətta bəzi şübhəlilərin telefonları yoxlanılıb.

Qeyd edək ki, Tramp "The Atlantic" jurnalını açıq şəkildə "nifrət etdiyi" media orqanlarından biri hesab edir. Buna səbəb jurnalın Trampın müharibədə həlak olan amerikalılar haqqında "axmaq və uğursuz" ifadəsini işlətdiyini iddia etməsi və onun ilk prezidentlik dövründə impiçmentə çağıran ilk media qurumlarından biri olmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR