Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında azı doqquz yalan bəyanat verib.
Bu barədə CNN məlumat yayıb.
Trampın 2024-cü ilin noyabrında ABŞ-də prezident seçkilərinin nəticələri, Ukraynaya yardım, miqrasiya, Çin və Kanada ilə ticarət kəsirləri də daxil olmaqla bir sıra əsas məsələlərdə şişirdilmiş rəqəmlər səsləndirdiyi bildirilir.
Belə ki, o, prezident seçkilərində 80 milyondan bir qədər çox səs topladığını iddia etsə də, rəsmi məlumatlarda bu rəqəm təxminən 77,3 milyondur. Tramp ABŞ-nin Çinlə ticarət kəsirinin 1 trilyon dolları keçdiyini desə də, lakin real rəqəm 263,3 milyard dollar təşkil edir. Oxşar uyğunsuzluqlar Kanadaya da aiddir: ticarət kəsiri 200 milyard deyil, 35,7 milyard dollardır.
Qeyd olunur ki, Tramp dəfələrlə CNN-i və digər aparıcı KİV-i tənqid edib, onları qərəzli olmaqda ittiham edib.\\report.az
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ