İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp seçki kampaniyası üçün 15,4 milyon dollar alıb

 ABŞ-ın keçmiş lideri Donald Tramp ittiham olunduqdan sonra seçki kampaniyası üçün 15,4 milyon dollar alıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı siyasətçinin seçki qərargahına istinadən məlumat yayıb.

CNN-in qaynağının sözlərinə görə, bu məbləğ  Tampa qarşı məhkəmə başlayandan sonra eks-prezidentə xalq dəstəyinin artdığını göstərir.

Media onu da qeyd edir ki, hüquqi problemlər siyasətçiin təkcə maliyyə durumu sarıdan deyil, həm də siyasi nüfuzunun artmasına səbəb olub.

Xatırladaq ki, Tramp 34 maddə üzrə sənədləri saxtalaşdırmaqda ittiham olunub. Yerli jurnalistlərin məlumatına görə, keçmiş ABŞ lideri Donald Trampın işi üzrə növbəti məhkəmə iclası bu il dekabrın 4-nə təyin edilib.

Həmçinin bildirilib ki, Trampa qarşı irəli sürülən ittihamların cəminə görə maksimum cəza 136 ildir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR