İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Rusiyanın müharibədə itkiləri Ukraynaya nisbətən daha çoxdur

Rusiyanın müharibədə itkiləri Ukraynaya nisbətən daha çoxdur.

Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

O, Ukraynanın müharibədə azı 600-700 min insan itirdiyini bildirib. Rusiya isə 800 min hərbçi itirib.

Tramp söhbətin yalnız hərbçilərdən, yoxsa mülki vətəndaşlardan getdiyini açıqlamayıb. "Ölənlər hamınızın bildiyindən daha çoxdur", - Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, müharibə mümkün qədər tez başa çatdırılmalıdır.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 43 min hərbçi itirdiyini bildirmişdi.\\"Report" 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR