İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Qəzzadakı savaşın qızışdırıcısı Baydendir”

“Hazırkı prezident Co Baydenin İsrail və Ukrayna mövzusunda çıxışı yalnız müharibənin qızışdırılmasına töhfə verib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp danışıb.

“Baydenin çıxışı İsrailə əsl xəyanət və çaşqınlığın, müharibənin daha da qızışdırılmasının göstəricisi idi. ABŞ onun üçün sonuncu yerdə gəlir. Yəqin ki, səriştəsiz prezidentimiz olduğuna görə III Dünya müharibəsini də görəcəksiniz”, - deyə Tramp Nyu-Hempşirdəki tərəfdarlarına səslənib.

Donald Trampın iddiasına görə, prezident postunda qalsaydı, Ukraynadakı münaqişənin və Yaxın Şərqdə eskalasiyanın qarşısını ala bilərdi.

“Vicdansız Co Baydenin zəifliyi fəlakətli dünya münaqişəsinə səbəb olacaq. Hətta artıq bu baş verib”, - deyə Tramp bildirib.

Qeyd edək ki, oktyabrın 19-da Bayden Ağ Evdə həmvətənlərinə televiziya ilə müraciət edərək Ukrayna və İsrailə yardım edəcəklərini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR