Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Musavat.com xəbər verir ki, 1 saat 15 dəqiqə davam edən söhbətdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Danışığın detalları belədir:
▪️Tərəflər Ukraynanın Rusiya aerodromlarına hücumunu müzakirə ediblər;
▪️Putin Trampa hücumlara cavab veriləcəyini bildirib;
▪️Tramp danışığın “yaxşı” keçdiyini, lakin Ukraynada dərhal sülhə gətirib çıxarmayacağını deyib;
▪️Söhbət zamanı İran məsələsinə də toxunulub;
Trampın sözlərinə görə, Putin İranla bağlı danışıqlarda iştirak edə biləcəyini istisna etməyib.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ