İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinin atəşkəsə hazır olması ilə bağlı açıqlamasını müsbət qiymətləndirdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin atəşkəsə hazır olması ilə bağlı açıqlamasına müsbət reaksiya verib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Rusiyada vəziyyət onun gözləntilərinə uyğun inkişaf edir və Putinin müharibəni bitirməyə hazır olmasını ümidverici hal kimi qiymətləndirir.

“Mənə Rusiyada hər şeyin yaxşı getdiyi barədə məlumat gəlib. Ümid edirəm ki, Putin və digərləri bu kabusa son qoymağa hazırdırlar. Putin çox ümidverici bir açıqlama verdi, amma bu tam açıqlama deyil. Mən atəşkəsin əldə olunmasını görmək istəyirəm. Putinlə görüşmək və onunla bu mövzuda danışmaq arzusundayam”, – deyə Tramp bildirib.

Bu açıqlama ABŞ-ın Rusiya-Ukrayna müharibəsindəki mümkün vasitəçilik rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Trampın gələcəkdə Putinlə birbaşa danışıqlar aparmaq istəməsi, onun mümkün prezidentliyi dövründə Ukrayna böhranının həlli istiqamətində yeni təşəbbüslər irəli sürə biləcəyini göstərir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR