İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tramp Putinə daha sərt sanksiyalar tətbiq edəcək, əgər...” - ABŞ senatorundan sensasiya

ABŞ senatoru Lindsi Qrem Rusiya prezidenti Vladimir Putinin danışıqlara ciddi yanaşmadığı təqdirdə, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq edəcəyini bildirib.

Bu barədə Musavat.com ABŞ mediasına istinadla xəbər verir. Senatorun sözlərinə görə, Tramp Rusiya-Ukrayna müharibəsini ədalətli və ləyaqətli şəkildə bitirmək üçün addımlar atır. O, Ukraynanı sülhə təşviq etməyin və mühüm mineral razılaşmalarına nail olmağa çalışmağın məntiqli olduğunu vurğulayıb. Qrem, həmçinin, Rusiya ilə münaqişəyə son qoymaq üçün danışıqlar aparmağın da vacib olduğunu qeyd edib. 

Screenshot_1.png (500 KB)

Lindsi Qrem

“Son 48 saat ərzində Ukrayna atəşkəslə, mineral razılaşmaları və sülh danışıqlarında iştirak etməyə hazır olması ilə bağlı mühüm açıqlamalar verib. Lakin Putin açıq şəkildə Trampın təkliflərinə müqavimət göstərir. Əgər Putin danışıqlar masasına ciddi yanaşmazsa, Tramp Rusiyanın bank və enerji sektoruna qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq edəcək və ehtiyac yaranarsa, yüksək gömrük rüsumları ilə təzyiq göstərəcək. Bu, onsuz da zəif olan Rusiya iqtisadiyyatına ciddi təsir edəcək və onları danışıqlar masasına oturmağa məcbur edəcək,” – deyə senator bildirib.

Mənbə: https://www.eurointegration.com.ua/news/2025/03/6/7206594/

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2025

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR