Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında üçtərəfli görüş Roma şəhərində baş tuta bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp və Zelenski görüşün məhz Romada keçirilməsinin tərəfdarıdır. Bu variantı ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio da dəstəkləyir.
Bununla yanaşı, "Sky News"un məlumatına əsasən, Rusiya tərəfi danışıqların keçirilməsi üçün Cenevrə variantına üstünlük verir.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ