İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp prezident olduğu halda bunlar baş verəcək” – politoloqdan ŞOK PROQNOZ

Tramp müharibələrə son qoyacağını bəyan etsə də, onun administrasiyası dövründə Yaxın Şərqdə gərginləşdirici addımlar atacağı proqnozlaşdırıla bilər”.

Musavat.com bildirir ki, bu barədə politoloq Aqşin Kərimov sosial şəbəkədə yazıb.

image_660x441_662f3991c4f8d.jpg (38 KB)

Politoloq qeyd edib ki, Tramp İsraili “əziz müttəfiq” olaraq xarakterizə edir və ayrıca Fələstin dövlətinin yaradılmasında maraqlı olmadığını bildirib:

“Tramp İsrail ilə HƏMAS silahlı qruplaşması arasında müharibənin başlamasından sonra İsrailin yanında “qürurla dayanacağına” söz verib.

Həmçinin, Tramp hakimiyyəti dövründə İranın “çöküşü” üçün dəqiq və hədəfli strategiya yürüdülə bilər- İsraillə ABŞ arasında əlaqələrin Tramp dövründə daha da “istiləşəcəyi” baxımından bu xüsusiyyət nəzərə alınmalıdır. Buna görə də İranın Trampla dil tapa bilmək qabiliyyəti axtarışına çıxdığını demək mümkündür, çünki Tehran Vaşinqtonun sərt tədbirlərindən ala biləcəyi nəticələrin geosiyasi risk gətirəcəyini düşünür”.

Politoloqun fikrincə, Tramp bunu iki əsas məqsədə nail olmaq kimi qiymətləndirməkdə gecikməyəcək:

a)Tramp Yaxın Şərqdə İranla sövdələşmə əli ilə Çinə, Rusiyaya qarşı zəifliklərin yaradılmasını müəyyənləşdirən kodeksi yaza bilər,

b) Tramp regionda beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-nin dəstəklədiyi “iki dövlətli həll prinsipi” üzrə dağınıqlığı sürətləndirməklə, güclənə biləcək ABŞ mövqelərinə digər oyunçuları uyğunlaşdırmaq istəyəcək.

Tramp Rusiya-Ukrayna müharibəsinin həllindən çox, onun dondurulmasında maraqlı tərəf kimi çıxış edir, çünki tənzimləmə planı aydın deyil.

Bununla belə, Trampın qələbəsini elan etməsindən sonra “Reuters” kimi nüfuzlu agentliyin Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üçün yeni imkanlar açıldığını yazması Ağ Evin ortaq məxrəci Kremllə tapmaqda maraqlı olduğunu göstərir. Bu xətt izlənilsə, Ukraynaya ABŞ-nin yardımlarının kritik şəkildə məhdudlaşacağı, Vaşinqtonun Kiyevi Moskva qarşısında məğlubiyyəti rəsmiləşdirməyə tələsə biləcəyini söyləmək olar”.

Aqşin Kərimovun fikrincə, Trampın hakimiyyəti dövründə ABŞ-nin Çinlə üzləşmək tendensiyalarında gərginlik öz zirvəsini yaşaya bilər:

“Deməli, ABŞ və Çinin aqressiv diplomatik-siyasi hərəkətlər trayektoriyasıda mübarizələri güclənəcək. Buna baxmayaraq, Tramp format edilən dünya nizamında Tayvanı “demokratik dəyərlər” şüşəsindən çıxarıb Çinlə baş-başa buraxan xətti diqqətdə saxlaya bilər. Bu fakt baş tutsa, onda ABŞ ilə Çin Asiya-Sakit Okean regionunda “barışdırıcı naqillər istehsal edə bilər”.

Politoloq onu da qeyd edib ki, Vaşinqtonla Pekin qarşılıqlı uyğunlaşdırma rejiminə keçsə, regionda Rusiya-Şimali Koreya müqavimət oxu böyüyə bilər.

Aqşin Kərimov bildirib ki, Trampın dövründə ABŞ-ın Azərbaycana qarşı xarici siyasətdə təzyiq kampaniyası zəifləyə bilər:

“ABŞ və Rusiya postsovet məkanında "Moldova Qərbin, Gürcüstan Rusiyanın" bölgüsü ilə yeni rəqabət səhnəsi hazırlayır. Lakin Trampın Ağ Evə rəhbərliyi ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın əlini bərkidəcək məqamlar barədə təəssüratları qüvvətləndirir. Proqnozlaşdıra bilərik ki, ABŞ-ın Azərbaycana qarşı xarici siyasətdə təzyiq kampaniyasının zəifləyəcəyi, Bakıya qarşı informasiya təbliğatları üçün əlavə xərclər çəkilməyəcəyini proqnozlaşdırmaq mümkündür.

Senatda və Nümayəndələr Palatasında Respublikaçıların qələbəsi ABŞ-nin xarici siyasət doktrinasında “Azərbaycan epizodunu” gücləndirmək potensialına malikdir.

Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmanı Trampın “müharibələri bitirmək” arzusunu ifadə etməsində tapmaq olar. Yəni, Azərbaycan üçün Ermənistanı sülhə gətirmək üçün “Vaşinqton ideyalı” şans da yaranır.

Trampın beynəlxalq və regional siyasət üzrə ştrixlərinin Azərbaycan üçün risk yaradacaq məqamları da diqqətə alınmalıdır. Bu mənada ki, əgər Tramp İrana qarşı dalğaları yuxarı səviyyəyə qaldırsa, bu, regionda Bakı-Tehran gərginliyinə rəvac verə bilər.

Həmçinin Tramp Çini hədəf seçsə, Pekinin tərəfdaşlarına da təsirlər göstərməyə çalışacaq və bu, Çinlə Azərbaycanın münasibətlərində ABŞ-dən qaynaqlanan çətinliklər üzə çıxara bilər.

Bununla belə, Azərbaycan Çinlə əməkdaşlığın ABŞ-yə qarşı ayırıcı xətt kimi olduğunu göstərən geosiyasi məramı sətiraltı göstərə bilər.

Regionda İranın zəif bənd olma ehtimalları, Vaşinqtonla danışıqlarda maraqlı olması Azərbaycan qarşısında Tehranın geosiyasi mövqelərini zəiflədir”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR