İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp onları da İŞDƏN ÇIXARDI

ABŞ Prezidenti Donald Tramp və milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Milli Təhlükəsizlik Şurasında (MTŞ) yenidənqurma prosesinə başlayıb.

Musavat.com “Associated Press”ə istinadən xəbər verir ki, təxminən 160 əməkdaş müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.

Məlumata görə, bu şəxslər kadr yoxlamasının nəticələrini gözləyərkən distant rejimdə işləyəcəklər. Ağ Evin nümayəndəsi Brayan Hyuzun sözlərinə görə, məqsəd Prezident Trampın “America First” gündəliyinə sadiqlik və büdcə vəsaitlərinin səmərəli istifadəsini təmin etməkdir.

İslahat çərçivəsində əməkdaşların öz baza agentliklərinə qaytarılması nəzərdə tutulur. Bu proses daha çox Dövlət Departamenti, FTB və MKİ-dən müvəqqəti gələn mütəxəssislərə şamil ediləcək. Lakin “Associated Press” xəbərdarlıq edib ki, bu addım MTŞ-nin ekspertiza səviyyəsini aşağı sala və mühüm xarici siyasət məsələlərinin həllinə təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR