İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp miqrantların deportasiyasına başladı: Kolumbiya isə ölkəyə buraxmır

Kolumbiya ABŞ-nin göyərtəsində təxminən 160 miqrantın olduğu iki hərbi təyyarəsini hava məkanına buraxmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Reuters amerikalı məmura istinadən xəbər verir. Nəşr qeyd edir ki, Kolumbiya təyyarələr Kaliforniyadan havaya qalxarkən onların icazələrini ləğv edib.

Bundan əvvəl Kolumbiya prezidenti Qustavo Petro X sosial şəbəkəsində miqrantları daşıyan Amerika təyyarələrinin ölkəyə girişini qadağan etdiyini yazıb.

O, Vaşinqtonu deportasiya edilmiş vətəndaşlara layiqli rəftar üçün “protokol yaratmağa” çağırıb.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR