 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Belqorod vilayətinin Yasnıe Zori kəndində Ukrayna Silahlı Qüvvələrinin dronu kommersiya obyektinin yaxınlığında partlayış törədib.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində güclü yanğın başlayıb, alov və qara tüstü kilometrlərlə məsafədən müşahidə olunub.
Vilayət qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, partlayış nəticəsində ər-arvad xəsarət alıb, qadına mina-partlayış travması, üzdə və ayaqlarda qəlpə yaraları diaqnozu qoyulub. Onun həyat yoldaşında barotravma müəyyən edilib.
Hər iki şəxs xəstəxanaya müraciət edib və tibbi yardım alır.
Hadisə yerindən yayılan videolarda alovun obyektin böyük hissəsini əhatə etdiyi, tüstünün göyü bürüdüyü görünür. Bu kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ