Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Meksika prezidenti Klaudiya Şeynbauma narkotik ticarəti ilə mübarizədə kömək etmək üçün bu ölkəyə Amerika qoşunları göndərməyi təklif etdiyini təsdiqləyib.
Musavat.com xarici agentliklərəı istinadən xəbər verir ki, o, bunu Floridadan Vaşinqtona uçan təyyarədə mətbuata açıqlamasında deyib.
Tramp bildirib ki, o, bu təklifi ona görə verib ki, narkotik kartelləri minlərlə insanın ölümünə səbəb olan “dəhşətli insanlardan” ibarətdir: "Meksikanın kartellərlə mübarizədə köməyə ehtiyacı olsaydı, mən ora gedib bunu etməkdən şərəf duyardım, ABŞ qüvvələrini kömək üçün göndərərdim".
Şeynbaumun təklifi rədd etməsindən məyus olub-olmadığı sualına Tramp belə cavab verib: "Məncə, o, gözəl qadındır. Meksika prezidenti gözəl qadındır, lakin o, kartellərdən o qədər qorxur ki, düz düşünə bilmir".
Mayın 3-də Sheinbaum ABŞ-ın təklifini rədd etdiyini açıqlayıb, çünki "suverenlik satılmır". O, bunu "The Wall Street Journal"da Trampın Meksikaya təzyiq göstərməsi ilə bağlı Amerika ordusunun narkotik kartelləri ilə mübarizədə daha fəal iştirakına icazə verməsi barədə xəbəri şərh edərkən deyib. Şeynbaum qeyd edib ki, iki ölkə əməkdaşlıq edə bilər, lakin Meksika “öz ərazisində Amerika qoşunlarının olmasına heç vaxt razı olmayacaq”.
Ağ Evin Milli Təhlükəsizlik Şurası rəsmisinin həmin gün Reuters agentliyinə dediyinəgörə, Tramp açıq şəkildə bildirib ki, Meksika narkotik qrupları və kartellərlə mübarizə aparmaq üçün daha çox iş görməlidir və Birləşmiş Ştatlar kömək etməyə hazırdır. Amerika lideri Meksikanın narkotik kartellərini aradan qaldırmayacağı təqdirdə ABŞ-ın birtərəfli hərbi əməliyyatlara əl atacağını bildirib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ