İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maskın “100 gənc dahisi”nə güvənir – ŞOK İSLAHAT DALĞASI

ABŞ prezidenti Donald Tramp İlon Mask ətrafında baş verən hadisələrlə bağlı “Fox News”a verdiyi müsahibədə milyarderi müdafiə edib.

Musavat.com xəbər verir ki, o, hökumətin səmərəliliyinin artırılması və korrupsiya ilə mübarizə üçün Maskın DOGE (Dövlət Effektivliyi Departamenti) daxilində 100 “gənc dahini” işə götürdüyünü açıqlayıb.

“Mən bu məhdudiyyətlərlə 100% razı deyiləm. Bu, tamamilə ağılsızlıqdır. Biz hökumətdə yaranan fırıldaqçılıq, korrupsiya və sui-istifadə hallarını aradan qaldırmalıyıq. USAID-ə baxın, orada nə qədər korrupsiya var”, - deyə Tramp bildirib.

Donald Tramp sözlərinə görə, Mask bu problemləri həll etmək üçün IQ səviyyəsi 175-dən aşağı olmayan 100 “dahi” toplayıb. O, onların xarici görünüşünün qeyri-adi olduğunu vurğulasa da, əsas məqamın intellektləri olduğunu qeyd edib.

“Onlar mənim və sizin qədər yaxşı geyinmirlər, amma çox ağıllıdırlar”, - deyə o zarafat edib.

Bu açıqlama ABŞ siyasətində böyük rezonans doğurub. Müşahidəçilər Maskın DOGE vasitəsilə hökumət effektivliyini artırmaq planlarının nə qədər uğurlu olacağını izləməyə davam edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR