İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp lağ etdi, Trüdo HÖNKÜR-HÖNKÜR AĞLADI: "Çox emosionalam..." - FOTO

Tramp Kanadanın baş nazirini ağlatdı

ABŞ prezidenti Donald Trampın Meksika və Kanadadan ABŞ-a yüksək səviyyədə narkotik girişinin olması səbəbilə tətbiq etməyi planlaşdırdığı gömrük rüsumlarının martın 4-dən qüvvəyə mindiyi açıqlanıb. Tramp bu ölkələrdən idxal edilən məhsullara 25 faizlik gömrük rüsumunun tətbiqi qərarını qüvvəyə mindikdən qısa müddət sonra dayandırıb. Ötən gecə Tramp ABŞ-Meksika-Kanada Müqaviləsinə (USMCA) uyğun gələn malları aprelin 2-dək Meksika və Kanada üçün gömrük tariflərindən azad edəcək qaydalar imzalayıb. Bununla belə, ticarət müharibəsi astanasında olan Kanada və Meksikada gərginlik davam edir.

Musavat.com Britaniyanın "Daily Mail" nəşrinı istinadən xəbər verir ki, Trampın vergi savaşından əziyyət çəkən Kanada Baş naziri Castin Trüdo bu gün keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Trüdo yolun sonunu açıq şəkildə gördüyünü və emosional olduğunu ifadə edib:

Canada-US-Trump-Tariffs-agccoi6z.jpg (1.13 MB)

"Bu ofisdə olduğum hər gün kanadalıları birinci yerə qoydum. Bu səbəbdən hökumətin son günlərində belə sizinlə olduğumuzu, bu gün və gələcəkdə kanadalıları heç vaxt məyus etməyəcəyimizi söyləmək üçün buradayam"

"Mail Online" isə yazib ki, “Tramp Trüdonu göz yaşlarına boğub. Kanadanın baş naziri ABŞ-la alçaldıcı tarif müharibəsindən sonra mətbuat konfransında ağlayıb”

Qeyd edək ki, Tramp aylardır Kanadanın baş naziri Trüdonu açıq şəkildə ələ salır, nəinki Kanadanı 51-ci ştat hesab edir, həm də baş naziri “Qubernator Trüdo” adlandırır.

Kanada lideri son həftələrdə partiyasında artan narazılıq səbəbindən istefa verdiyini açıqlayıb, lakin Tramp bu məsələyə şübhə ilə yanaşır: "İnanın ya da inanmayın, Kanadada gördüyü dəhşətli işə baxmayaraq, məncə, Castin Trüdo baş nazirliyə yenidən namizəd olmaq üçün tarif məsələsindən istifadə edir. Bunu izləmək əyləncəlidir!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR