İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kirkin dəfnində iştirak edəcək

ABŞ prezidenti Donald Tramp Yuta ştatında öldürülən amerikalı siyasi fəal Çarli Kirkin dəfn mərasimində iştirak edəcək.

Musavat.com xəbər verir ki, o, jurnalistlərin dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı suala müsbət cavab verib: "İnanıram ki, bu, Arizonada olacaq. Məndən gəlməyim xahiş olundu. Düşünürəm ki, bunu etməliyəm".

ABŞ prezidentinin sözlərinə görə, dəfn mərasimi “gələn həftə sonu” baş tutacaq. O, dəqiq tarix açıqlamayıb.

Tramp qeyd edib ki, Kirk gənclər arasında kampaniya aparmaq baxımından mühüm rol oynayıb: "O, gənclərlə anlaşırdı. Mən heç vaxt belə bir şey görməmişəm və o, mənə çox kömək etdi". Tramp Kirki prezident seçkilərində gənclərin dəstəyini qazanması sahəsindəki uğurunda “vacib faktor” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR