Onlayn ictimai-siyasi qəzet
Acun Ilıcalı növbəti ilin yanvarında başlayacaq olan "Survivor" televiziya yarışmasında iştirak edəcək daha bir yarışmaçını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, rəsmi sosial media hesabında paylaşımda A. Ilıcalı "Fənərbağça" və "Beşiktaş"da çıxış etmiş Mert (Marsio) Nobrenin realiti şouya qatılacağını elan edib.
44 yaşlı Nobre 2019-cu ildə peşəkar futbol karyerasını bitirib. O, daha sonra baş məşqçilik etsə də, karyerası o qədər də uğurlu alınmayıb.
Braziliyalı 2004-06-cı illər "Fənərbağça"nın, 2006-11-ci illərdə isə "Beşiktaş"ın formasını geyinib.
O, Türkiyə Super Liqasında ümumilikdə 291 oyuna çıxıb və 109 qol vurub.
06 Noyabr 2025
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ