Onlayn ictimai-siyasi qəzet
Amerika lideri Donald Tramp Kanadanı qeyri-kafi müdafiə xərclərinə malik, “həyat qabiliyyəti olmayan ölkə” adlandırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bu barədə danışaraq deyib: “Onlar müdafiəyə çox az pul xərcləyirlər. Onlar tamamilə müdafiəsizdirlər, çünki bizim onları qoruyacağımızı güman edirlər. Amma fakt budur ki, biz onlara ildə təxminən 200 milyard dollar subsidiya veririk. Buna son qoysaq, onların tariflər vasitəsilə avtomobil istehsal etmələrini dayandırsaq, onlar həyat qabiliyyətli ölkə olmayacaqlar".
“Mən Kanada xalqını sevirəm, bizim əla münasibətimiz var və onların edə biləcəyi ən böyük şey 51-ci ştat olmaqdır. Təsəvvür edin ki, bu ölkə uzun illər əvvəl kiminsə çəkdiyi süni şəkildə çəkilmiş sərhəd xətti olmadan necə gözəl ola bilərdi”, - deyə Amerika lideri əlavə edib.
Bazar günü səhər saatlarında Trampın milli təhlükəsizlik müşaviri Mayk Uols demişdi ki, Amerika lideri Kanadaya təcavüz etməyi planlaşdırmır.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ