İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İsrailə Baydenin vermədiyini verir - məbləğ və səbəb RƏSMƏN AÇIQLANDI

ABŞ dövlət katibi Marko Rubio İsrailə 4 milyard dollarlıq Amerika müdafiə yardımının sürətləndirilməsi barədə bəyannamə imzalayıb.

Musavat.com xəbər verir ki, bu, Tramp administrasiyasının İsrailə hərbi dəstəyi gücləndirmək istiqamətində atdığı mühüm addımlardan biridir.

Rubio bəyan edib ki, ABŞ-ın əvvəlki prezidenti Co Baydenin İsrailə hərbi yardım göstərilməsində qoyduğu məhdudiyyətlər “əsassız və siyasiləşdirilmiş” idi. Yeni qərar bu maneələri aradan qaldıraraq İsrailin müdafiə qabiliyyətini daha da gücləndirmək məqsədi daşıyır.

İmzalanmış sənədə əsasən, İsrailə yeni silah və hərbi texnika tədarükü ən qısa müddətdə həyata keçiriləcək. Bu yardım paketi hava hücumundan müdafiə sistemləri, raketlər və digər strateji hərbi avadanlıqları əhatə edəcək.

Xatırladaq ki, Tramp administrasiyası İsrailə ən böyük hərbi dəstəyi verən ABŞ hökumətləri arasında olub. Bu yeni qərar İsrailin regiondakı hərbi mövqeyini daha da möhkəmləndirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR