İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Harris bacarıqsız görünməmək üçün mediaya müsahibə vermir

ABŞ-ın vitse-prezidenti Kamala Harris səriştəsizliyinə görə media ilə ünsiyyətdən imtina edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“Kamala müsahibə verməkdən imtina edir, çünki komandası onun suallara cavab verə bilmədiyini başa düşür. ABŞ prezidenti Co Bayden də müxtəlif səbəblərdən müsahibə vermirdi. Lakin Baydenin cavab verməyə halı yoxdur, bu isə (Harrisi nəzərdə tutur-red.) sadəcə olaraq fərsizdir”,-deyə sabiq dövlət başçısı Truth Social şəbəkəsindəki hesabında yazıb.

Bundan əvvəl Trampın seçki yarışında partnyoru və ABŞ-ın vitse-prezidentliyinə namizəd Ceyms Devid Vens Kamala Harrisin ölkə mediasından və xalqından “gizləndiyini” deyib. Vensin iddiasına görə, Kamala harris hazır nitq olmadan danışmır və həmişə çıxışlarını teleprompterdən oxuyur.
 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR